METBUAT.AZ

Siyasət

8 kəndə görə Bakı ilə müharibə ola bilər -

29 Dekabr 2023 23:12

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Azərbaycanın işğal altında qalan 8 kəndinin qaytarılmasının mümkün mexanizmlərini açıqlayıb.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, erməni nazir iki mümkün variantın olduğunu deyib.

“Bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşməlidir. Bundan sonra iki proses gedə bilər: ya müharibə, ya da ərazi tənzimlənməsi, yaxud delimitasiya prosesində məsələnin müzakirə edilməsi”, - Sanosyan bildirib.

Qeyd edək ki, Qazaxın 7 kəndi və Kərki kəndi Ermənstan işğalında qalıb.


metbuat.az.