18 Dekabr 2023 14:09
Təəssüf ki, Azərbaycanda hər yeni ildən öncə belə gözləntilər formalaşır ki, Tarif Şurası yeni ildə qiymət artımına gedə bilər. Alıcılıq qabiliyyətinin aşağı düşdüyü və real gəlirlərin çox zəif artdığı bir dövrdə belə bir addım atılması doğru olmaz. Amma indiki halda nəqliyyatda qiymət artımının olması ehtimalı kifayət qədər yüksəkdir. Həm metro, həm də yerüstü nəqliyyatda qiymət artımı ola bilər. Bunun üçün il ərzində ictimai rəyin hazırlanmasının da şahidi olduq. Həmin qurumların rəhbərləri dəfələrlə gedişhaqqının maya dəyərindən aşağı olması ilə bağlı açıqlamalar verdilər. Bütün bunları nəzərə alaraq ən real görünən artım nəqliyyatdadır.
Benzin qiymətlərinin artması yox, azalması gözlənilməlidir. Çünki dünyada neft qiymətləri kifayət qədər aşağı düşüb. Ən azından premium markalı benzinin qiymətində ucuzlaşma olmalıdır.