METBUAT.AZ

Siyasət

ABŞ-ın və Britaniyanın Azərbaycandakı səfirləri görüşüb

13 Dekabr 2023 11:47

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.

Səfir görüşdən çox məmnun qaldığını qeyd edib.

“Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm”, - səfir Mark Libbi vurğulayıb.


metbuat.az.