METBUAT.AZ

Siyasət

Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması

1 Dekabr 2023 16:49

Avropa İttifaqı nümayəndə heyətinin ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.

Qərbi Azərbaycan İcmasından Metbuat.az-a verilən xəbərə görə, Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir:

"Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir".


metbuat.az.