29 Dekabr 2023 00:04
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycan musiqisinin sədaları altında rəqs edib.
Metbuat.az konkret.az-a istinadən xəbər verir ki, İrəvanda keçirilən məclislərdən birində Akopyan “Basqalı” oyun havasına qol qaldırması ilə gündəmə gəlib.
Bu rəqsinə görə erməni sosial şəbəkələrində ona lənət yağdırılıb.
Şərhlərdən birində isə belə yazılıb: “Ermənistanın gənc qəhrəmanlarını məzarlara gömdükdən, Qarabağ ermənilərini ev-eşiksiz qoyduqdan sonra həyatdan belə zövq alır”.