METBUAT.AZ

Ölkə

Aparıcı Elvin Basqallının ölüm xəbəri yayıldı -

27 Dekabr 2023 10:21

Sosial şəbəkədə tanınmış aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb.

Metbuat.az bildirir ki, aparıcı özünün "Facebook" hesabında paylaşım edərək qeyd edib:

"Tik-tok"-da ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Dedim, yox. Kövrəlmişdi, ağlamağa başladı. Mən də qoşuldum ona, ağladım. Sonra dedim ki, qardaş ölməmişəm axı, niyə ağlayırıq ki?"



metbuat.az.