17 Dekabr 2023 13:15
Arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlərin şahid qismində dindirilməsi qadağan edilir.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, arbitraj icraatı zamanı məlum olan hallar barədə şahid qismində dindirilməsi qadağan olunan şəxslərin dairəsinə arbitrlər əlavə edilir.