METBUAT.AZ

Dünya

Avropa ölkələri Rusiyaya qarşı birləşdi

15 Dekabr 2023 11:29

Avropa İttifaqına üzv olan ölkələrin liderləri Rusiyaya qarşı almaz ticarətinə qadağa da daxil olmaqla 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, Brüsseldə keçirilən Avropa İttifaqı sammiti davam edərkən yekun bəyannamənin Rusiyaya qarşı sanksiyalarla bağlı hissəsi jurnalistlərlə paylaşılıb. Bəyanatda bildirilir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha da gücləndirmək və onları tam və effektiv şəkildə həyata keçirməkdə qərarlıdır. "Avropa İttifaqına Şurası 12-ci sanksiya paketinin qəbulunu alqışlayır" deyə bəyanatda qeyd olunub.

Sənəddə deyilir ki, heç bir ölkən müharibə Rusiyaya dəstək verməməlidir. 12-ci sanksiya paketinə almaz da daxil olmaqla yeni ixrac qadağaları, Rusiyanın neft gəlirlərini azaltmaq üçün neftin ən yüksək qiymətinin sərtləşdirilməsi tədbirləri və sanksiyalardan yayınma ilə mübarizənin gücləndirilməsi daxildir.


metbuat.az.