METBUAT.AZ

Siyasət

Azad edilmiş ərazilərdə 20 min seçici

8 Dekabr 2023 16:34

Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.

Metbuat.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri qeyd edib ki, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər”.


metbuat.az.