1 Dekabr 2023 15:22
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 615,9 milyon ABŞ dolları təşkil edib.
Metbuat.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, noyabrın 1-i ilə müqayisədə 1 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 18 %, son 1 ildə isə 33,2 % artıb.