1 Dekabr 2023 13:44
Dekabrın 1-də parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-Prinin final mərhələsində çıxış edəcək.
Metbuat.az xəbər verir ki, komandanın heyətində Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) medallar uğrunda mübarizə aparacaqlar. Parataekvondoçular K-44 kateqoriyasında yarışacaqlar.
Qeyd edək ki, turnir "Paris 2024" XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.