METBUAT.AZ

Qarabağ

Azərbaycan Xankəndiyə imam

12 Dekabr 2023 11:36

Dini kadrların hazırlanması üçün kollecə ehtiyac var idi. Bu təhsil dövlət hesabınadır.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün xərcləri dövlət ödəyir.

"Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək. Ölkəmizdə din sahəsində kadr hazırlığımızı özümüz keçirmək niyyətindəyik. Öz siyasətimizi, dövlət modelimizi nəzərə alaraq, islami dəyərlərimizi xalqımıza çatdırırıq. İşğaldan azad edilən ərazilərdə dini abidələr bərpa olunub. Bu yaxınlarda Şuşaya imam təyin etdik. Digər məscidlərdə təmir bitdikdən sonra həmin ərazilərə müvafiq qurumların müraciəti ilə din xadimləri təyin ediləcək. Xankəndidə məscidə din xadimi təyinatı ilə bağlı məsələyə baxılır", - deyə o əlavə edib.


metbuat.az.