29 Dekabr 2023 11:06
Azərbaycan “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.
Metbuat.az xəbər verir ki, Milli Məclisə “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında” qanunu layihəsi daxil olub.
Qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.