11 Dekabr 2023 11:22
Azərbaycana idxal ediləcək ət və ət məhsulları ilə bağlı yeni tələb qoyulub.
Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nda əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli ət, toyuq və hindişka məhsulları aşağıdakılardır:
Sıra №-si | Malların adları və ya kateqoriyaları | XİF MN üzrə kod |
1. | İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş cəmdəkləri və şaqqaları | 0201 10 |
2. | İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş sümüklü parçaları | 0201 20 |
3. | İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş sümüksüz parçaları | 0201 30 |
4. | İribuynuzlu mal-qara ətinin dondurulmuş cəmdəkləri və şaqqaları | 0202 10 |
5. | İribuynuzlu mal-qara ətinin dondurulmuş sümüklü digər parçaları | 0202 20 |
6. | İribuynuzlu mal-qara ətinin dondurulmuş sümükdən ayrılmış əti | 0202 30 |
7. | Təzə və ya soyudulmuş donuz ətinin cəmdəkləri və şaqqaları | 0203 11 |
8. | Təzə və ya soyudulmuş donuz ətinin sümüklü budları, kürəkləri və onların parçaları | 0203 12 |
9. | Təzə və ya soyudulmuş donuz ətinin digər hissələri | 0203 19 |
10. | Dondurulmuş donuz ətinin cəmdəkləri və şaqqaları | 0203 21 |
11. | Dondurulmuş donuz ətinin sümüklü budları, kürəkləri və onlardan parçalar | 0203 22 |
12. | Dondurulmuş donuz ətinin digər hissələri | 0203 29 |
13. | Təzə və ya soyudulmuş quzu ətinin cəmdəkləri və şaqqaları | 0204 10 |
14. | Təzə və ya soyudulmuş qoyun ətinin cəmdəkləri və şaqqaları | 0204 21 |
15. | Təzə və ya soyudulmuş qoyun ətinin digər sümüklü parçaları | 0204 22 |
16. | Təzə və ya soyudulmuş sümüksüz qoyun əti | 0204 23 |
17. | Dondurulmuş quzu ətinin cəmdəkləri və şaqqaları | 0204 30 |
18. | Dondurulmuş qoyun ətinin cəmdəkləri və şaqqaları | 0204 41 |
19. | Dondurulmuş qoyun ətinin sümüklü digər parçaları | 0204 42 |
20. | Dondurulmuş sümüksüz qoyun əti | 0204 43 |
21. | Təzə, soyudulmuş və ya dondurulmuş keçi əti | 0204 50 |
22. | Atların, ulaqların, qatırların və ya at qatırlarının təzə, soyudulmuş və ya dondurulmuş əti | 0205 00 |
23. | İribuynuzlu mal-qaranın təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları | 0206 10 |
24. | Dondurulmuş iribuynuzlu mal-qaranın dilləri | 0206 21 |
25. | Dondurulmuş iribuynuzlu mal-qaranın qaraciyəri | 0206 22 |
26. | Dondurulmuş iribuynuzlu mal-qaranın qida üçün yararlı olan ətinin digər əlavə məhsulları | 0206 29 (0206 29 100 0 istisna olmaqla) |
27. | Donuzların təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları | 0206 30 |
28. | Donuzların dondurulmuş qaraciyəri | 0206 41 |
29. | Donuzların dondurulmuş qida üçün yararlı olan ətinin digər əlavə məhsulları | 0206 49 |
30. | Qoyunun, keçinin, atların, ulaqların, qatırların və at qatırlarının təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları | 0206 80 (0206 80 100 0 istisna olmaqla) |
31. | Qoyunun, keçinin, atların, ulaqların, qatırların və at qatırlarının dondurulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları | 0206 90 (0206 90 100 0 istisna olmaqla) |
32. | Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti | 0207 11 |
33. | Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti | 0207 12 |
34. | Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 13 |
35. | Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 14 |
36. | Hindtoyuğunun hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti | 0207 24 |
37. | Hindtoyuqlarının hissələrə ayrılmamış dondurulmuş əti | 0207 25 |
38. | Hindtoyuğunun təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 26 |
39. | Hindtoyuğunun dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 27 |
40. | Ördəklərin hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti | 0207 41 |
41. | Ördəklərin hissələrə bölünməmiş, dondurulmuş əti | 0207 42 |
42. | Ördəklərin təzə və ya soyudulmuş yağlı qaraciyəri | 0207 43 |
43. | Ördəklərin təzə və soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 44 |
44. | Ördəklərin dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 45 |
45. | Qazların hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti | 0207 51 |
46. | Qazların hissələrə bölünməmiş, dondurulmuş əti | 0207 52 |
47. | Qazların təzə və ya soyudulmuş yağlı qaraciyəri | 0207 53 |
48. | Qazların təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 54 |
49. | Qazların dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 55 |
50. | Firəngtoyuqlarının təzə, soyudulmuş və ya dondurulmuş əti və qida üçün yararlı ətin əlavə məhsulları | 0207 60 |
51. | Evdovşanlarının və ya dovşanların təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları | 0208 10 |
52. | Primatların təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları | 0208 30 |
53. | Balinaların, delfinlərin və dəniz donuzlarının (Cetacea məməlilər dəstəsi), lamantinlərin və dyoqonların (Sirenia məməlilər dəstəsi), suitilərin, dəniz şirlərinin və morjların (Pinnipedia yarımdəstəsinin məməliləri) təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları | 0208 40 |
54. | Sürünənlərin (ilanlar və tısbağalar da daxil olmaqla) təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları | 0208 50 |
55. | Dəvələrin və dəvəkimilər fəsiləsinin digər heyvanlarının (Camelidae) təzə, soyudulmuş və ya | 0208 60 |
dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları | ||
56. | Təzə, soyudulmuş və ya dondurulmuş digər ətlər və ətin qida üçün yararlı olan əlavə məhsulları (ev göyərçinləri, ov heyvanları, şimal maralı və digərləri) | 0208 90 |
57. | Əridilməmiş və ya digər üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış donuz piyi | 0209 10 |
58. | Əridilməmiş və ya digər üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu və ya duzlu suda olan qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış ev quşunun piyi | 0209 90 |
59. | Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin sümüklü budları, kürəkləri və onların parçaları | 0210 11 |
60. | Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin döş hissəsi və onun parçaları | 0210 12 |
61. | Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin digər hissələri | 0210 19 |
62. | Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş, sümüklü və ya sümüksüz iribuynuzlu mal- qara əti | 0210 20 |