METBUAT.AZ

Ölkə

Azərbaycanda 1970-ci ildən bəri şəhər əhalisi cəmi 5 faizə yaxın artıb

19 Dekabr 2023 16:29

Azərbaycanda son 53 ildə, yəni konkret desək, 1970-ci ildən bu yana şəhər əhalisi cəmi 5 faizə yaxın artıb.

Metbuat.az xəbər verir ki, bunu "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun şəhərsalma şöbəsinin müdiri Rafik Mirzəyev "Mədəni İrs" Forumunda panel müzakirədə çıxışı zamanı deyib.

"Yəni tam rahatlıqla deyə bilərik ki, bizdə urbanizasiya özünü qabarıq şəkildə göstərmir. Sadəcə, məsələ əhalinin respublika ərazisində qeyri-bərabər bölünməsindədir. Belə ki, fikir verin, Bakı şəhərində ölkənin 42 faiz şəhər əhalisi yaşayır. Bu da ümumi əhalinin 23 faizi deməkdir", - o deyib.


metbuat.az.