METBUAT.AZ

Sosial

Azərbaycanda 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb

19 Dekabr 2023 12:05

2022-ci ildə Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatında qeyd olunub.

Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.


metbuat.az.