METBUAT.AZ

Ölkə

Azərbaycanda bu ölkələrdən alınan dərmanlar tanınacaq -

27 Dekabr 2023 14:19

“Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı” təsdiq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə müvaiq qərarı baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əasən, bu qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı

Ölkələr

Amerika Birləşmiş Ştatları;

Yaponiya;

İsrail Dövləti;

Avropa Azad Ticarət Assosiasiyasına üzv olan ölkələr

İslandiya Respublikası;

İsveçrə Konfederasiyası;

Lixtenşteyn Knyazlığı;

Norveç Krallığı;

Avropa İttifaqına üzv olan və olmuş ölkələr:

Almaniya Federativ Respublikası;

Avstriya Respublikası;

Belçika Krallığı;

Bolqarıstan Respublikası;

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;

Çex Respublikası;

Danimarka Krallığı;

Estoniya Respublikası;

Finlandiya Respublikası;

Fransa Respublikası;

Xorvatiya Respublikası;

İrlandiya Respublikası;

İspaniya Krallığı;

İsveç Krallığı;

İtaliya Respublikası;

Kipr Respublikası;

Latviya Respublikası;

Litva Respublikası;

Lüksemburq Böyük Hersoqluğu;

Macarıstan;

Malta Respublikası;

Niderland Krallığı;

Polşa Respublikası;

Portuqaliya Respublikası;

Rumıniya;

Slovakiya Respublikası;

Sloveniya Respublikası;

Yunanıstan Respublikası;

Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi bağlamış ölkələr

Andorra Knyazlığı;

San-Marino Respublikası;

Türkiyə Respublikası.

Xarici (beynəlxalq) təşkilatlar

Ümumdünya Səhiyyə Təşkilatı;

Avropa Dərman Agentliyi.


metbuat.az.