5 Dekabr 2023 13:22
Milli Məclisdə kino çəkilişlərinin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı dinləmələr keçiriləcək.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, dinləmələr yaxın 10 gün ərzində baş tutacaq. Müzakirələrə rejissorlar, prodüserlər, və başqa sənət adamları dəvət olunacaq.