METBUAT.AZ

Gündəm

Azərbaycanda məşhur ticarət mərkəzi bağlandı -

20 Dekabr 2023 15:24

Gəncə-Universam QSC ləğv olunduğunu elan edib.

Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin növbədənkənar ümumi yığıncağında qərar qəbul olunub.

Beləliklə, qərarla ticarət mərkəzinin bağlanması rəsmiləşdirilib.

Qeyd edək ki, Gəncə-Universam 1998-ci ildən fəaliyyət göstərirdi. Şirkətin qanuni təmsilçisi İbrahimova Gülpəri Məcid qızıdır. Nizamnamə kapitalı isə 184 862 manat olub.

Ötən ay QSC-nin ləğv olunacağı ilə bağlı məlumatlar yayılmışdı.


metbuat.az.