METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

15 Dekabr 2023 14:34

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 2 507,9 kq qızıl, 3 762,2 kq gümüş istehsal edilib.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2022-ci ilin yanvar-noyabr aylarının göstəricisindən 16,4 %, gümüş istehsalı 49,9 % az olub.

Ötən aylar ərzində Azərbaycanda mis konsentratının istehsalı 2 115,8 ton olub ki, bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 8 % azdır.

Bu ilin dekabrın 1-nə ölkədə 234,8 kq qızıl, 621,8 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin dekabrın 1-nə 234,8 ton təşkil edib.


metbuat.az.