METBUAT.AZ

Texnologiya

Azərbaycanda TikTok-da bir il:

13 Dekabr 2023 19:27

Qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok 2023-cü ilin nəticələrinə yekun vurub və Azərbaycanın ən diqqət çəkən videolarının, tanınmış yaradıcılarının və əsas hitlərinin siyahısını hazırlayıb.

Dünyada 1 milyarddan çox insan hər gün başqalarını ilhamlandırmaq və ruhlandırmaq, biliklərini bölüşmək, unikal məzmun yaratmaq və sadəcə olaraq özlərinin və bir-birlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün TikTok-a daxil olur.

2023-cü ildə Azərbaycandakı icmamız yaradıcılığı və həyatdan parlaq anları aktiv şəkildə bölüşməyə davam etdi. Ölkədə istifadəçilərin maarifləndirici məzmuna marağı artdı və faydalı videolar yaradıldı: istifadəçilər kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi apardılar, xarici dilləri öyrəndilər, sadə və ləziz yeməklər hazırladılar, idman rekordları vurdular və səfərlərindən canlı təəssüratlarla bölüşdülər. Artıq özlərini sübut etmiş ulduzlar yaradıcılıq yollarını davam etdirir, yeniləri isə daha da parlayırdılar. TikTok istifadəçilərinin bu il nə etdiyini birlikdə xatırlayaq!

Azərbaycanda məşhur videolar

İlin parlayanları - 2023-cü ildə xüsusilə parlamağı bacaran yaradıcılar

Yerli biznes: TikTok vasitəsilə aktiv inkişaf edən azərbaycanlı sahibkarlar

TikTok-daöyrən - Azərbaycanın ən maraqlı maarifləndirici videoları

Əsas hitlər -Bu il Azərbaycanda istifadəçilərin ən çox dinlədiyi musiqi parçaları aşağıdakılardır:

Təkrarən izlənən yeməklər - ölkədə istifadəçilər tərəfindən sevilən kulinariya reseptləri

TikTok Azərbaycandakı istifadəçi icmasını necə ruhlandırdı

TikTok biliyi paylaşmaq imkanı yaratdı

TikTok-da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanır.

Booktok fenomeni bütün dünyada sensasiyaya çevrildi: əvvəlcə bir neçə kitab həvəskarı öz kitab tövsiyələrini TikTok-da paylaşsalar da, indi bu, dünyada kitabsevərlərin ən böyük onlayn icmasıdır və BookTok həştəqi altında olan məzmunlar 200 milyard baxış əldə edib! Xüsusilə Azərbaycandakı istifadəçilər üçün biz #kitabfest - mütaliə və ədəbiyyata həsr olunmuş və ölkə daxilində istifadəçiləri daha çox oxumağa, kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi aparmağa, yeni ədəbiyyat kəşf etməyə və nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırmaq üçün nəzərdə tutulmuş layihə yaratmaqla TikTok-da Boktok-u lokallaşdırdıq. Layihə çərçivəsində ədəbiyyat haqqında videolar artıq 17 milyondan çox baxış toplayıb.

Bundan əlavə, bu yay TikTok Azərbaycandakı istifadəçiləri Ümumdünya Kitab Gününü qeyd etməyə və #booktokazerbaijan həştəqindən istifadə edərək onların mütaliə sevgisi haqqında videolar paylaşmağa dəvət edib. Təşəbbüs çərçivəsində videolar 13 milyondan çox baxış toplayıb. Beləliklə, ümumilikdə Azərbaycanda ədəbiyyatla bağlı videoçarxlar artıq 30 milyon dəfədən izlənilib.

Yerli sahibkarlara dəstək oldu

TikTok təkcə istedadlı yaradıcılar üçün deyil, həm də kiçik bizneslər üçün platformadır. Yerli sahibkarlar TikTok-da sadəcə cəlbedici məzmun yaratmaqla özlərini tanıtmaq və heç bir sərmayə qoymadan potensial müştərilər əldə etmək imkanı əldə edirlər. Bu il TikTok Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birlikdə Startap Akademiyası təşəbbüsünü irəli sürüb. Akademiya çərçivəsində TikTok mütəxəssisləri innovativ startapların nümayəndələrinə platformada minlərlə insana onların məhsul və xidmətləri haqqında məlumat əldə etməyə kömək edəcək maraqlı və kreativ məzmun yaratmağı izah ediblər. Proqramda Azərbaycan və Özbəkistandan 32 startap iştirak edib.

İstifadəçilərin təhlükəsizliyinin və rifahının qayğısına qaldı

TikTok platforma icmasının təhlükəsizliyinə üstünlük verir, həmçinin Azərbaycanda istifadəçilərin yaradıcılığı üçün rahat mühit yaratmağa və saxlamağa çalışır. Bunun üçün platforma İcma qaydalarımızı pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyalar və ekspertlərin birləşməsindən istifadə edir. Hazırda dünyada 40 000-dən çox ixtisaslaşmış işçi TikTok-un təhlükəsizliyinə cavabdehdir.

TikTok ictimaiyyətinə şəffaflıq və hesabatlılığı təmin etmək üçün silinmiş videolar və hesablar haqqında müntəzəm olaraq məlumat yerləşdirir. Belə ki, təkcə 2023-cü ilin birinci yarısında Azərbaycanda TikTok İcma qaydalarını pozan 760 min video silinib.

TikTok platforma istifadəçilərinin təhlükəsizliyini təmin etmək və Azərbaycanda istifadəçiləri daha da yaradıcı və maarifləndirici məzmun yaratmağa ruhlandırmaq üçün işləməyə davam edəcək.

Bütün dünyada TikTok-da ilin nəticələri ilə TikTok xəbər portalında tanış olmaq mümkündür.


metbuat.az.