29 Dekabr 2023 17:30
Gələn il Azərbaycanın ümumi daxili məhsulun (ÜDM) real artım tempi 2,4 % təşkil edərək 118,4 milyard manata çatacağı gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib.
Məlumata görə, qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,6 % artaraq 84,2 milyard manata yüksələcəyi proqnozlaşdırılır.