METBUAT.AZ

Ölkə

Azərbaycanda yeni “Mall” açıldı -

25 Dekabr 2023 10:44

Lənkəranda “Dosa Mall” Ticarət Mərkəzi fəaliyyətə başlayıb.

Metbuat.az xəbər verir ki, dekabrın 23-də Lənkəranda “Dosa Mall” ticarət mərkəzinin açılışı baş tutub.

Belə ki, ticarət mərkəzində 100-dən artıq ticarət obyektinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Vaxtilə sözügedən ticarət mərkəzi “Zabitlər evi” kimi fəaliyyət göstərib.

“Dosa mall” Müzəffər Nəsirli küçəsi, Heydər Əliyev parkının yanında yerləşir.


metbuat.az.