METBUAT.AZ

Mədəniyyət

Azərbaycanın Prezident təqaüdçüsü

23 Dekabr 2023 10:01

Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva vəfat edib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, G.Şəfiyeva bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Heydər Əliyev Sarayının baş rejissoru kimi fəaliyyət göstərib.


metbuat.az.