15 Dekabr 2023 11:55
Bu il Azərbaycanın qiymətli kağızlar portfelindən əldə etdiyi gəlir 2,2 dəfə artaraq, 442 milyon dollara çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ikinci dərəcəli gəlirlərin balansı daima müsbətdir, lakin bu il azalıb.
"Bu, pul köçürmələri ilə əlaqəlidir. Ötən il pul köçürmələrinin həcmi 2,8 milyard dollar, bu il isə 1,28 milyard manat olub", - o deyib.