METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo

18 Dekabr 2023 16:25

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % azdır.

11 aylıq xarici ticarət dövriyyəsinin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 13,3 % azalıb, idxal isə 22,8 % artıb.

Son nəticədə xarici ticarətdə 15 milyard 700 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 33,1 % azdır.


metbuat.az.