METBUAT.AZ

Gündəm

Azərbaycanla Serbiya arasındakı Saziş

27 Dekabr 2023 17:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Metbuat.az xəbər verir ki, Qanunla 2023-cü il noyabrın 7-də Belqrad şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş” təsdiq edilib.


metbuat.az.