15 Dekabr 2023 16:16
Koreyada yaşayan Azərbaycan icmasının fəal üzvü, əslən Qarabağdan olan Rahil Əhmədova Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.
Metbuat.az Diaspor Komitəsinə istinadən xəbər verir ki, Rahil Əhmədova bu ad 10 il ərzində Koreya Respublikası nazirliklərinin nəzdində multikulturalizmlə bağlı siyasətlərin təklif edilməsi, multikultural problemlər haqqında məlumatlılığın artırılması və ölkədə əcnəbi sakinlərin sabit məskunlaşmasına dəstək vermək kimi sahələrdə göstərdiyi xidmətlərə görə verilib.
Təntənəli mükafatlandırma mərasimində Seul meri Oh Se-hoon soydaşımıza fəxri vətəndaş medalını və sertifikatını təqdim edib.
Rahil Əhmədova mükafatı koreyalı həyat yoldaşı Lee Kyungdug və kiçik qızı Lee Arin ilə birlikdə qəbul edib.