21 Dekabr 2023 22:06
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə birlikdən məlumat verilib.
Qeyd olunub ki, buna səbəb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsinin planlaşdırılmasıdır.
Məlumata görə, profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur. Abonentlərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.