7 Dekabr 2023 13:24
Seysmik rayonlaşdırma xəritəsi əsasən Bakı şəhəri və Abşeron yarımadasını əhatə edəcək.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün ölkəmizdə baş vermiş zəlzələ ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu tək mikrorayonlaşdırma yox, eyni zamanda, seysmik riskləri araşdıran bir sənəd olacaq.
"Yəni Bakı şəhərini 7-8 bal zəlzələdə nə gözləyir və s. ssenarilər nəzərə alınaraq, seysmik risklər qiymətləndiriləcək".
O eyni zamanda qeyd edib ki, bu gün zəlzədən sonra dağıntı, binalara xəsarət dəyməsi barədə fakt aşkarlanmayıb.