METBUAT.AZ

Hadisə

Bakı-Sumqayıt yolunda ağır qəza -

23 Dekabr 2023 12:04

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.

Belə ki, “Opel” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.