27 Dekabr 2023 11:32
Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Metbuat.az xəbər verir ki, Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarınının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb. Hadisə ilə bağlı qonşular bildirib ki, oxşar hadisə bir neçə dəfə olub. Elman Xəlilov ögey qızı tərəfindən üçüncü dəfədir ki, bıçaqlanır.
İddialara görə, 17 yaşlı gənc tufeyli həyat tərzi sürüb. Bu səbəbdən də ögey atası ilə aralarında dəfələrlə münaqişə yaşanıb.
Zərərçəkənin bacısı E.Xəliovun övladlar ilə mehriban davrandığını bildirib. O əlavə edib ki, 17 yaşlı qız nişanlı olsa da 15 yaşında qoşulub qaçıb:
"Qardaşım mənə görə onu evdə saxlamışdı. Onun bir çox pis əməlləri olub. Mən hamısını danışmaq istəmirəm".
Ətraflı İTV-nin sujetində: