METBUAT.AZ

Hadisə

Bakıda avtobus yolu ilə hərəkət etdi, piyada zolağında məktəblini vurdu -

27 Dekabr 2023 10:06

Paytaxtın mərkəzində avtobus zolağı ilə hərəkət edən maşın məktəblini vurub.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, yüksək sürətlə avtobus zolağında hərəkət edən "Mercedes" markalı maşın, piyada keçidindən keçmək istəyən azyaşlını vuraraq ona xəsarət yetirib.

Məlumata görə, qəza nəticəsində azyaşlının ayağı sınıb.

Sözügedən görüntüləri təqdim edirik:



metbuat.az.