METBUAT.AZ

Hadisə

Balakəndə atasının qətlinə görə

23 Dekabr 2023 20:16

Balakəndə atasını öldürməkdə şübhəli bilinən oğlu saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun 2008-ci il təvəllüdlü oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.