METBUAT.AZ

İdman

"Barselona"dan sürpriz satış -

26 Dekabr 2023 12:18

"Bavariya" "Barselona"nın 24 yaşlı ulduzu Ronald Araujo üçün 100 milyon avro ödəməyə hazırdır.

Metbuat.az xəbər verir ki, "Bavariya"bu barədə təklifi “Barselona” çatdırıb. "Mundo Deportivo"nun məlumatına görə, “Barselona” hələlik təklifi qəbul etməyib. Lakin təklif nəzərdən keçirilir. Bildirilir ki, maddi çətinlikləri olan “Barselona” daha sonrakı transfer dövründə bu təklifi qəbul edə bilər. 24 yaşlı müdafiəçi bu mövsüm 16 matçda 1 qol vurmağı bacarıb.

Uruqvaylı müdafiəçinin hazırkı transfer dəyəri 70 milyon avro kimi qiymətləndirilir.


metbuat.az.