METBUAT.AZ

Dünya

Bayden Qətər əmiri ilə Qəzzanı müzakirə etdi

27 Dekabr 2023 11:23

ABŞ Prezidenti Co Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib. Bildirilib ki, Bayden Qətər Əmiri Əl Tani ilə görüşündə Qəzzada əsirlərin, o cümlədən Amerika vətəndaşlarının azad edilməsi məsələsini müzakirə edib. İki lider Qəzzaya mühüm humanitar yardım axınının saxlanması və artırılması səyləri ilə bağlı məsləhətləşib.

Qeyd edək ki, Qəzzada yeni atəşkəsin tətbiqi gündəmdədir.


metbuat.az.