16 Dekabr 2023 17:21
Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.
Metbuat.az bildirir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələni MSK sədrinin müavini Rövzət Qasımov təqdim edib. O bildirib ki, artıq işğal altında olan ərazilər sözü bizə yaddır: “Həmin ərazilərdə məskunlaşma prosesi başlanılıb”.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Qərarla 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.