METBUAT.AZ

Ölkə

​Bloger Asya Aslanova reanimasiyaya

16 Dekabr 2023 21:11

Bloger Asya Aslanovanın səhhətində problem yaranıb.

Metbat.az xəbər verir ki, bu barədə bloger Ramal İsayev sosial media hesabında paylaşım edib. O, diş çəkdirən zaman Asyanın bədəninə infeksiya düşdüyünü bildirib:

"Dünən diş çəkimi zamanı Asyanın bədəninə infeksiya keçib. Diş çəkimini narkozla ediblər, sonra da halı pisləşib".

Ramal hazırda Asyanın həkimi tərəfindən paylaşımlarına görə şantaj edildiyini vurğulayıb:

"Asyanın həkimi Nəzifə Hüseynli mənə zəng edib ki, saytlar səndən məlumat götürüb, niyə paylaşmısan? Sən onu silməli və hər yerdən sildirməlisən. Başlayıb şantajla danışmağa. Burada artıq hər şey bəlidir. Asya indi xəstəxanada reanimasiyadadır, vəziyyəti yaxşı deyil. Kimin ucbatındadındır? Əsəbiləşib xəstəxanadan çıxdım. Gəlib sakitləşdirirlər ki, həkimlik, anestezioloqluq deyil. Nə oldu, özündən infeksiya keçdi? Sonra da həkim zəng edib ki, paylaşımları silin. Özünə güvənirsənsə, de ki, mənlik deyil".


metbuat.az.