8 Dekabr 2023 11:52
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin problemi ilə bağlı 5 qətnamə qəbul edib.
Metbuat.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Fələstin məsələsi ilə bağlı 5 qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Fələstinli qaçqınlara yardım barədə qərar 168 ölkədən dəstək alıb. Qərara yalnız İsrail qarşı çıxsa da, ABŞ, Uruqvay və Paraqvay da daxil olmaqla 10 ölkə bitərəf qalıb.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin fəaliyyəti ilə bağlı qərarı 165 ölkə dəstəklədiyi halda, 4 ölkə (ABŞ, Kanada, İsrail və Mikroneziya) əleyhinə, 6 ölkə (Kamerun, Qvatemala, Kiribati, Palau, Papua, Yeni Qvineya və Vanuatu) bitərəf qalıb.
İşğal olunmuş Fələstin ərazilərində İsrail yaşayış məntəqələri ilə bağlı qərar 149 ölkənin dəstəyini aldığı halda, 6 ölkə (ABŞ, Kanada, İsrail, Macarıstan, Mikroneziya və Nauru) əleyhinə səs verib, 19 ölkə isə bitərəf qalıb. Fələstinli qaçqınların mülkləri və gəlirləri ilə bağlı qərarı 163 ölkə dəstəklədiyi halda, 5 ölkə (ABŞ, Kanada, İsrail, Mikroneziya və Nauru) əleyhinə səs verib, 9 ölkə isə bitərəf qalıb.
ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Çexiya da daxil olmaqla, Fələstin xalqının və işğal olunmuş ərazilərdə yaşayan digər ərəblərin hüquqlarına təsir edən İsrail təcrübələrini araşdırmaq vəzifəsi daşıyan Xüsusi Komitənin işi ilə bağlı qərarı 86 ölkə dəstəkləyib. ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Çexiya, Macarıstan, Avstriya və Avstraliya da daxil olmaqla 12 ölkə onun əleyhinə səs verib, 75 ölkə isə bitərəf qalıb.