METBUAT.AZ

Dünya

Böyük əməliyyatın planını o hazırlayıbmış -

29 Dekabr 2023 16:18

Fransa mətbuatı HƏMAS-ın hərbi qanadının əsl rəhbərinin Yəhya Sinvar deyil onun qardaşı Məhəmməd Sinvar olduğunu yazıb.

Metbuat.az xəbər verir ki, mediada HƏMAS-ın hərbi qanadının Yəhya Sinvar olduğu qeyd edilirdi. "Le Figaro" qəzetinin məlumatına görə, əsl lider əslində Yəhya Sinvar deyil, onun kiçik qardaşı Məhəmməd Sinvardır. Təlimatların onun tərəfindən verildiyi qeyd edilib.

Məqalədə həmçinin bildirilir ki, HƏMAS İsrailə hücum hazırlıqlarını böyük məxfilik şəraitində həyata keçirib. Hətta Hizbullah lideri Həsən Nəsrullaha hücumdan cəmi bir neçə dəqiqə əvvəl məlumat verilib.Qəzetin xəbərində həmçinin İsrailə qarşı oxşar hücum planlaşdıran Hizbullahın bu vəziyyətdən məmnun olmadığı, HƏMAS-ın Hizbullahdan daha güclü dəstək gözlədiyi iddia edilib.


metbuat.az.