15 Dekabr 2023 04:01
B12 vitamini çatışmazlığı sinir, nevroloji problemlərə səbəb olur. Çox zaman xəstələr nevroloji müalicə alsalar da, sağalmırlar. Çünki B12 və B9 vitamini nəzərdən qaçırılır.
Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, nevroloq Aleksandra Alexina 85% halda nevroloji simptomların baş verdiyini bildirib.
Əgər sizdə bu 8 simptom varsa, 90% halda B12 əskikliyi yaşayırsız.
1. Paresteziya - əl, ayaq, daban və qollarda, hətta üzdə yanma, keyimə hissi
2. Bədənin bir tərəfinin hissiyatsızlaşması
3. Disbalans, yerimə balansının pozulması
4. Qulaqlarda küy, tinnitus – halbuki müalicəsi yoxdur
5. Ataksiya – nitq, tarazlıq, hərəkət natarazlığı, çətinliyi
6. Yazı yazmaqda və oxumaqda çətinlik
7. Onurğa və fəqərələrin sıxılması, boyunda və kürəkdə ağrı, yanma, əl-ayaqda zəiflik
8. Vegetativ disfunksiya – başgicəllənmə, huşun itməsi, dumanlı baş, həzmsizlik