METBUAT.AZ

Gündəm

Bu gün baş verən zəlzələ

7 Dekabr 2023 12:27

Bu gün baş verən zəlzələ 50 saniyə davam edib.

Metbuat.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, zəlzələdən sonra 5 afterşok qeydə alınıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.


metbuat.az.