METBUAT.AZ

Ölkə

Bu gündən Azərbaycanda prezidentliyə namizədlər

9 Dekabr 2023 09:14

Bu gündən Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədlər irəli sürülə bilər.

Metbuat.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədlər irəli sürə bilər.

Beləliklə, 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu müddət bu gündən başlayır.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”na əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanacaq və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.


metbuat.az.