14 Dekabr 2023 12:52
Bu ilin 11 ayı ərzində Azərbaycanda 792 nəfər İİV-ə yoluxub.
Metbuat.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olub.
Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) inyekson narkotik istifadəçiləri olub.