METBUAT.AZ

İdman

"Bu, mövsümün demək olar, ən gərgin oyunu oldu"

24 Dekabr 2023 09:01

“Sumqayıt” futbol klubu ili qələbə ilə başa vurdu. Dekabrın 23-də “Sumqayıt” “Kapital Bank Arena”da “Səbail” klubunu qəbul edib. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.

Metbuat.az xəbər verir ki, matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib: "Bir müddət əvvəl qəzada xəsarət alan PFL rəsmilərinə Allahdan şəfa diləyirəm. Onlar haqda danışmaq imkanım olmamışdı. Həddindən artıq hörmət etdiyim insanlardır. Mütəmadi əlaqə saxlayırıq. Allah köməkləri olsun”.

Samir Abbasov oyunu belə şərh edib: “Ciddi mübarizə, gərgin oyun getdi. Bu, mövsümün demək olar, ən gərgin oyunu oldu. Xoşdur ki, qələbə qazandıq və fasiləyə yaxşı əhvalda gedirik. Azarkeşlərə təşəkkür edirəm, bizi tək qoymadılar. Futbolçuları təbrik edirəm. Oyuna qələbə üçün çıxmışdıq. Bu halda edəcəyin bir səhv futbolçunu təsir altına sala bilərdi. Bunun öhdəsindən gəldilər”.


metbuat.az.