21 Dekabr 2023 23:27
Çili sahillərində 5,8 bal maqnitudada zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 24 min insanın yaşadığı Tokopilya şəhərindən 18 km şimal-qərbdə, ocağı 69 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat, sunami təhlükəsi barədə məlumat verilmir.