METBUAT.AZ

Dünya

Bu ölkədə təbii fəlakət baş verdi -

4 Dekabr 2023 23:14

Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 63 nəfər ölüb, 116 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə "AFP" agentliyi xəbər verib.

Ölkənin baş naziri Kasim Macalivanın sözlərinə görə, ölənlər arasında 23 kişi, 40 qadın var.

Dekabrın 3-də "AFP" bildirib ki, hadisə nəticəsində 47 nəfər ölüb, 85 nəfər yaralanıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.


metbuat.az.