17 Dekabr 2023 17:46
Estoniyanın Baş naziri Kaya Kallas koronavirusa yoluxub.
Metbuat.az xəbər verir ki, bu barədə K. Kallas feysbuk hesabında paylaşım edib.
Baş nazirin sözlərinə görə, bu gün səhər onun COVID-19 testinin nəticəsi müsbət çıxıb:
“Buna görə təəssüf ki, Polşanın yeni Baş naziri Donald Tuskun Estoniyada baş tutmalı olan ilk xarici səfəri təxirə saldıq. Həmçinin, sabah Tallində Baltikyanı ölkələrin Baş nazirlərinin görüşü də təxirə salındı”.