METBUAT.AZ

Dünya

Bu ölkənin təyyarələri Qəzzaya girir

5 Dekabr 2023 10:50

Qəzzada müvəqqəti atəşkəs sona çatdıqdan sonra İsrail ordusu hücumlarını bərpa edərkən, Böyük Britaniyadan diqqətçəkən həmlə gəlib.

Metbuat.az xəbər verir ki, Britaniya hökuməti əsirlərin, o cümlədən öz vətəndaşlarının xilas edilməsinə dəstək olmaq üçün Qəzza üzərində müşahidə uçuşları həyata keçirəcək. Bildirilib ki, məqsəd İsrail üçün kəşfiyyat məlumatları toplamaqdır. Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, London əsirlərin azad edilməsi üçün bölgədəki tərəfdaşları ilə birlikdə çalışır.Bəyanatda ölkə vətəndaşlarının təhlükəsizliyinin Londonun əsas prioriteti olduğu qeyd edilib.

“Böyük Britaniya Müdafiə Nazirliyi girovların xilas edilməsi üzrə davam edən fəaliyyətlərə dəstək olaraq Şərqi Aralıq dənizi üzərində müşahidə uçuşları həyata keçirəcək, o cümlədən İsrail və Qəzza üzərindəki hava məkanında fəaliyyət göstərəcək. Müşahidə təyyarələri silahsız olacaq, döyüş rolu olmayacaq və yalnız girovların yerini müəyyən etmək üçün fəaliyyət göstərəcək” – açıqlamada deyilir.


metbuat.az.