23 Dekabr 2023 23:18
Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.
Metbuat.az Report-a istinadən xəbər verir ki, axşam saatlarından etibarən əsməyə başlayan güclü külək insanlar arasında təşvişə səbəb olub.
Belə ki, son 1 neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvar təcili tibbi yardım stansiyasına isə 6 çağırış daxil olub. Bu da əvvəlki normal çağırışlardan təxminən 2 dəfə çoxdur.
Faktiki hava şəraiti səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.
Digər fəsadların olub-olmaması araşdırılır.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir.